Azərbaycan Qran-prisi ləğv olundu
11.06.2020 , 17:25

“Formula-1” üzrə Azərbaycan Qran-prisi ləğv edilib.
Korner.az xəbər verir ki, bu barədə “F1News” nəşri məlumat yayıb. Bildirilib ki, bununla bağlı qərar yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, 5-7 iyunda Bakıda keçirilməli olan yarış başqa vaxta təxirə salınmışdı.
