Azərbaycan Qazaxıstana məğlub oldu
06.05.2023 , 23:21
Azərbaycan millisi Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün üçüncü yer uğrunda oyuna çıxıb.
Korner.az xəbər verir ki, yığma Qazaxıstanla üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesabı ilə bitib. Qalib penalti seriyasında müəyyənləşib. Belə ki, burda Qazaxıatan daha dəqiq oynayaraq, qələbəni əldə edib.
Azərbaycan yığması dünən yarımfinalda Serbiyaya 2:3 hesabıyla uduzmuşdu.
Azərbaycan – Qazaxıstan – 2:2 (penaltilər seriyası – 0:1)