Azərbaycan – Qazaxıstan oyununun hakimləri açıqlandı
22.09.2022 , 16:08

Azərbaycan millisinin UEFA Millətlər Liqasında Qazaxıstana qarşı keçirəcəyi VI tur matçının hakimləri açıqlanıb.
Korner.az UEFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 25-də Bakıda keçiriləcək görüşü Almaniyadan olan referilər idarə edəcək.
Matçın baş hakimi Harm Osmers olacaq. Ona yan xətt hakimləri Robert Kempter və Dominik Şal kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen idarə edəcək.
Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da start götürəcək.
Milli bu gün V tur çərçivəsində səfərdə Slovakiyanın qonağı olacaq. Görüş 22:45-də başlayacaq.
