Azərbaycan Premyer Liqasının sponsoru məlum oldu
01.08.2022 , 18:14

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olub.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, əldə olunan razılaşmaya görə, futbol üzrə Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək.
10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.
