Azərbaycan Premyer Liqasının rekordçusu
20.04.2020 , 18:48

“Zirə”nin futbolçusu Adrian Skarlatake Azərbaycan Premyer Liqasında 175 oyun keçirib.
Korner.az xəbər verir ki, rumıniyalı müdafiəçi hazırda ölkə çempionatında çıxış edən əcnəbi statuslu oyunçular arasında bu göstəricidə rekordçudu.
Milliləşən oyunçuları saymasaq, yalnız 4 əcnəbi 100 və ya daha çox oyun keçirib. “Qartallar”ın vitse-kapitanı digər 3 futbolçunu qabaqlayır.
