Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı 20 iyul 2015-ci il tarixində elan etdiyi tenderə sənədlərin son təqdim olunma müddəti avqustun 3-də, saat 18:00-da başa çatıb.
Korner.az-ın məlumatına görə, tenderdə iştirak etmək üçün yalnız bir TV kanalı müraciət edib. Tenderin yekun qərarı barədə yaxın günlərdə rəsmi məlumat veriləcəkdir.
Qeyd edək ki, tenderin şərtləri aşağıda qeyd olunbr:
– Premyer Liqanın hər tur minimum 2 oyun canlı yayımlansın
– Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın
– AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın
Tenderin məbləği 1 (bir) milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.
Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq.
Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.
Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək. (AFFA.az)
