Azərbaycan Premyer Liqasından Meksika klubuna
04.03.2025 , 21:45

Ötən ay “Sumqayıt”dan ayrılan Cordan Rezabalanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Meksikada davam etdirəcək.
O, sözügedən ölkənin “Dorados de Sinaloa”ya klubuna keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Cordan 2024-cü ildən “Sumqayıt”da çıxış edirdi.
