Ötən gün Azərbaycan Premyer Liqasında keçirilən “Simurq” -AZAL oyunu çempionatın bombardirin dəyişməsi ilə əlamətdar olub.
Korner.az xəbər verir ki, AZAL-la oyunda fərqlənən “Simurq”un hücumçusu Draqan Çeran zirvəni ələ keçirib.
12-ci qolunu vuran hücumçu “Bakı”nın forvardı Nurlan Novruzovu 1 top qabaqlayır. Hazırda Çeranın hesabında 12 qol var.
