Azərbaycan Premyer Liqasında ilin komandası
20.12.2021 , 15:20

2021-ci ildə Premyer Liqada 117 oyun keçirilib. Bunlardan 61-i 2020/21, 56-sı 2021/22 mövsümünə təsadüf edib. Bu matçlarda 288 qol vurulub.
Korner.az xəbər verir ki, bu il ən çox xal toplayan komanda “Qarabağ” olub. İlin ən yaxşısı olan Qurban Qurbanovun yetirmələri 30 oyunun 2/3-də qalib gəlib. 67 xal toplayan Ağdam təmsilçisi hamıdan çox qol vuran, ən az uduzan və qol buraxan komandadır.
Bir matç az keçirən “Neftçi” 10 xal geridədir. Digər komandalar liderlərdən çox geri qalır. “Qarabağ” kimi bir oyun çox keçirən “Səbail” 2021-ci ildə ən az xal toplayan komandadır.
