Azərbaycan Premyer Liqası: İlk turun hakim təyinatları açıqlanıb
10.08.2018 , 12:19

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün ilk turunun oyunları üçün hakim təyinatları açıqlanıb
“Sumqayıt” – “Neftçi” matçı Rauf Cabbarova, “Keşlə” – “Sabah” oyunu Əliyar Ağayevə, “Qəbələ” – “Səbail” görüşü isə Rəhim Həsənova tapşırılıb.
Qeyd edək ki, turun “Qarabağ” – “Zirə” oyunu 26 sentyabr tarixinə təxirə salınıb.
11 avqust (şənbə)
20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“Dalğa Arena”
12 avqust (bazar)
19:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu
21:00. “Keşlə” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Fazil Mürşüdov
“ASK Arena”
