Azərbaycan Premyer Liqası ilə bağlı qadağa qüvvədə qaldı
15.05.2020 , 16:39

Azərbaycanda xüsusi karantin rejimi müddətində idman sahəsində tətbiq olunmuş məhdudiyyətlər qüvvədə qalıb.
Korner.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin, idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla) qərarının ən azı mayın 31-dək qüvvədə qaldığı bildirilib.
