UEFA ona üzv olan 53 ölkənin daxili çempionatlarının 2011-2012-ci il mövsümü üzrə tamaşaçı sayını açıqlayıb.
Korner.az–ın məlumatına görə, nəticələrə əsasən, Azərbaycan Premyer Liqası Postsovet məkanı ölkələri arasında siyahıda 4-cü olub.
Premyer Liqa oyunlarını orta hesabla 2381 nəfər izləyib.
İlk üç pilləni Rusiya (12903), Ukrayna (11009) və Qazaxıstan (3854) çempionatları tutur. Azərbaycan Premyer Liqasını isə Belarus (2372), Gürcüstan (1066), Litva (781), Ermənistan (692), Moldova (660), Latviya (504) və Estoniya (160) çempionatları izləyir.
Reytinq cədvəlinə Almaniya Bundesliqası başçılıq edir – orta hesabla 45116 nəfər. İkinci pillədə İngiltərə Premyerliqası (34600) qərarlaşıb. Üçüncü pillədə İspaniya Primerosu qərarlaşıb (28796).