Azərbaycan Premyer Liqası dünya reytinqində irəliləyib
19.01.2023 , 11:37

Azərbaycan Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) yeni siyahısında xeyli irəliləyib.
Korner.az-ın məlumatına görə, Aktivində 349,25 xal olan Azərbaycan çempionatı ötən reytinqlə müqayisədə 19 pillə irəliləyib və 41-ci pillədə qərarlaşıb.
Siyahıda ilk pilləni Braziliya A seriyası tutur. İkinci pillədə isə İngiltərə Premyer Liqası yer alıb.
