Azərbaycan Premyer Liqası 49-cu sırada
19.04.2023 , 16:39
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən çox penalti təyin olunan futbol çempionatlarının siyahısını açıqlayıb.
Korner.az xəbər verir ki, Azərbaycan Premyer Liqası bu göstəriciyə görə 49-cu sırada yer alıb. Çemionatda orta hesabla 291 dəqiqədən bir penalti təyin edilir.
Siyahıya Misir Premyer Liqası başçılıq edir. Orta hesabla hər 172 dəqiqədən penalti təyin edilir. Səudiyyə Ərəbistanı Pro Liqası ikinci, Rusiya Premyer Liqası isə üçüncü pillədədir.