Azərbaycan Premyer Liqası: 4 oyuna 3500 azarkeş
11.03.2019 , 13:36

Azərbaycan Premyer Liqasının 20-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.
Turun ilk görüşü “ASK Arena”da “Keşlə” və “Sabah” arasında baş tutub. Meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi görüşü stadionda 250 nəfər izləyib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan “Qarabağ” – “Zirə” matçında (0:0) 700, Qəbələ şəhər stadionunda reallaşan “Qəbələ” – “Səbail” qarşılaşmasında (2:1) isə 550 azarkeş qeydə alınıb.
Turun son oyunu “Kapital Bank Arena”da “Sumqayıt” və “Neftçi” arasında baş tutub. Qonaqların 2:1 hesablı qələbəsini 2000 nəfər izləyib.
Beləliklə, 20-ci turda 3500 azarkeş qeydə alınıb. Bu da hər oyuna 875 fanat deməkdir.
