Azərbaycan Portuqaliyaya qalib gəldi
01.11.2023 , 19:50

Minifutbol üzrə Azərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/8 final mərhələsində Portuqaliya seçməsi ilə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Bununlada milli adını 1/4 finala yazdırıb.
Minifutbol, dünya çempionatı
1/8 final mərhələsi
1 noyabr
18:30 Azərbaycan – Portuqaliya – 3:0
