Azərbaycan – Portuqaliya matçının hakimləri açıqlandı
23.10.2024 , 12:10
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, oktyabrın 25-də Bakıda keçiriləcək görüşü Almaniyadan olan Fabyenn Mişel idarə edəcək. Ona yan xətdə həmyerlisi Melissa Juus və avstriyalı Amina Sara Qutşi kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Karolin Uoker yerinə yetirəcək.
Oktyabrın 25-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 16:00-da start götürəcək.