Azərbaycan paralimpiyaçısı Paris-2024-də qızıl medal qazandı
31.08.2024 , 09:30
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, o, finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb. İmaməddin 15:2 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.
Bu, Azərbaycanın Paris-2024-də 2-ci medalıdır.
Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.