Avqustun 20-də, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Özbəkistan yoldaşlıq oyununun baş hakimi gürcüstanlı FIFA referisi George Vadaçkoria olacaq.
Korner.az-ın məlumatına görə, ona Levan Varamişvili və Levan Todria kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.
