Avqustun 20-də “Bakcell Arena”da Azərbaycan və Özbəkistan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
Korner.az-ın məlumatına görə, biletləri “Bakcell Arena”nın kassalarında əldə etmək mümkündür. Saat 21:00-da başlayacaq qarşılamanın biletlərinin qiyməti 2, 4 və 20 AZN-dir.
