Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır
08.11.2020 , 16:21

Ermənistan tərəfinin cəbhənin Xocavənd istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.
Korner.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tam əksinə, Azərbaycan ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir.
