Azərbaycan Norveçə uduzdu
16.11.2021 , 22:09

Bu gün 21 yaşlılardan ibarət Azərbaycan yığması AÇ-2023-ün seçmə mərhələsində növbəti matçına çıxıb.
Koner.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komanda Norveçlə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub.
20:00 Azərbaycan(U-21) – Norveç (U-21) – 1:2
Bakı, “Bakcell Arena”
Baş hakim: Vasilis Fotias(Yunanıstan)
Azərbaycan yığması qrupda bundan əvvəlki matçlarda Xorvatiya(0:2, 1:5), Avstriya (0:3, 0:6) və Finlandiya (1:1) ilə oynamışdı.
