Azərbaycan neçəncidir? – UEFA reytinqi
21.09.2018 , 12:00

Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb
Oynanılan matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb. 18.500 xalı olan ölkəmiz 26-cı sırada qərarlaşıb. Avroliqada mübarizə aparan “Qarabağ” “Sportinq”ə uduzduğu üçün xal ehtiyatımızda dəyişiklik olmayıb.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.625 xalı var
