Azərbaycan Monteneqroya qarşı
21.02.2025 , 10:45

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək.
Korner.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığmasını qəbul edəcək.
“Liv Bona Dea Arena”da keçiriləcək oyuna saat 15:00-da start veriləcək.
21 fevral
15:00. Azərbaycan (Qadınlar) – Monteneqro (Qadınlar)
Baş hakim: Tatyana Sorokopudova
Baş hakimin köməkçiləri: Nargis Magau, Dinara Idrisova
Dördüncü hakim: Elvira Nurmustafina
“Liv Bona Dea Arena”
