Milli Monteneqroya məğlub oldu
10.10.2020 , 18:53

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız 3-cü tur çərçivəsində səfərdə Monteneqro ilə üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub.
Azərbaycan millisi ilk turda Lüksemburqa evdə 1:2 hesabıyla məğlub olub, Kiprə isə səfərdə qalib gəlib – 1:0. Monteneqro isə səfərdə Kirpi 2:0, Lüksemburqu 1:0 hesabıyla üstələyib.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
10 otkyabr
17:00. Monteneqro – Azərbaycan – 2:0
Qollar: Stefan Yovetiç, 9, İqor İvanoviç, 72
Baş hakim: Rikardo Benqoeçea (İspaniya).
Podqoritsa. Şəhər stadionu.
