Azərbaycan millisi finala yüksəldi
30.05.2025 , 21:05

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal matçları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan Monteneqro ilə qarşılaşıb.
Görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da millimiz dünya çempionatının finalına yüksəlib. Komandamızın heyətində qolları Ağaseyid Qasımov və Ramiz Çovdarov vurub.
Dünya çempionatı
Yarımfinal
30 may
20:00 Azərbaycan – Monteneqro – 2:1
21:30 Macarıstan – Serbiya.
