Azərbaycan Monteneqroya məğlub oldu
24.02.2025 , 19:40

Azərbaycanın 19 yaşadək qadınlardan ibarət millisi bu gün Avro-2025-in 2-ci seçmə mərhələsində son oyununa çıxıb.
Korner.az xəbər verir ki, B liqasının 4-cü qrupunda yer alan yığmamız 3-cü turda Monteneqro ilə qarşılaşıb.
Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda keçirilən görüş Azərbaycan millisinin 1:2 hesablı məğlubiyyəti ilə bitib.
17:30. Monteneqro U-19 – Azərbaycan U-19 – 2:1
Baş hakim: Roksana Rekorean (Rumıniya)
“House of Football Natural Pitch”, Albaniya.
