Azərbaycan – Monteneqro oyununun yeri məlum oldu
26.10.2020 , 20:05

Millətlər Liqasının qrup mərhələsinin V turunda keçiriləcək Azərbaycan – Monteneqro oyununun yeri müəyyənləşib.
Korner.az xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start gptürəcək.
Qeyd edək ki, UEFA Qarabağdakı hərbi əməliyyatlara görə Azərbaycan ərazisində beynəlxalq oyunların keçirilməsinə icazə vermir.
