Azərbaycan – Monteneqro oyununun stadionu dəyişdirildi
28.10.2020 , 17:17

UEFA Azərbaycan yığmasının Millətlər Liqasının 5-ci turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda gerçəkləşəcək.
