Futbol

Azərbaycan – Monteneqro matçının hakimləri bilindi

23.11.2021 , 15:04

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçiriləcək oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Korner.az xəbər verir ki, noyabrın 30-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Monteneqro qarşılaşmasını Albaniyadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Emanuela Rusta

Baş hakimin köməkçiləri: Erinda Kume, Miryeta Salla

Dördüncü hakim: Soada Tuşay

Son yazılar

Yuxarı