Azərbaycan – Monteneqro matçı ruslara tapşırıldı
11.11.2020 , 17:10

Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan – Monteneqro oyununun hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşma rusiyalı hakimlərə tapşırılıb. Oyunu Sergey İvanov idarə edəcək. Ona yan xətlərdə Roman Usaçev və Valeri Dençenko köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.
Azərbaycan – Monteneqro görüşü noyabrın 14-də Xorvatiyada baş tutacaq. Görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
