Azərbaycan millisi böyük hesabla məğlub oldu
28.03.2023 , 18:53

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirib.
Korner.az xəbər verir ki, Azərbaycan millisi son oyunda Monteneqro komandası ilə qarşılaşıb və 1:6 hesabı ilə məğlub olub.
Azərbaycan millisinin yeganə qolunu Ayşən Salamzadə vurub.
Azərbaycan yığması bundan əvvəl Qazaxıstanı məğlub edib (2:0), Bosniya və Herseqvoinaya isə uduzub (0:2).
Avropa çempionatı, seçmə mərhələ
III tur
28 mart
16:00 Monteneqro – Azərbaycan – 6:1
