Azərbaycan yığması noyabr ayında yoxlama oyununda Moldova ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Moldova mətbuatı məlumat yayıb.
Sözügedən ölkənin komandası noyabr ayında Bakıya səfər edəcək. Moldovalıların Robert Prosineçkinin baş məşqçisi olduğu millimizlə görüşü noyabrın 17-də baş tutacaq.
