“İlk oyunda ispanlara qarşı yaxşı nəticə əldə etmişdik. Bu inamımızı artırmışdı və davamını gətirməyə çalışdıq. Amma səhvlərə yol verdik və istədiyimizi reallaşdırmağı bacarmadıq”.
Bu sözləri futzal üzrə Fransa millisinin baş məşqçisi Pierre Jacky Avropa çempionatının yığmamızla keçirilən qrup oyunundan (3:5) sonra deyib.
O, mərhələ keçmək şanslarının itmədiyini xatırladıb: “Bizim üçün mübarizə hələ başa çatmayıb. İspaniya – Azərbaycan oyununu nəticəsini gözləyəcəyik. Bir tərəfdə dünyanın ən yaxşı komandası olan İspaniya, digər yanda Avropanın ən güclü hücum xəttinə malik Azərbaycan millsi yer alacaq. Ümidimizi üzməmişik. Qazanılan nəticəyə baxmayaraq, oyunçularımla fəxr edirəm”.
