Azərbaycan millisinin üzvünün komandası “Qalatasaray”a rəqib oldu
21.12.2018 , 13:47

Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın çıxış etdiyi “Boluspor”un Türkiyə Kubokunun 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.
Türkiyə I Liqasında çıxış edən komanda bu mərhələdə “Qalatasaray”la qarşılaşacaq.
Digər İstanbul təmsilçisi “Fənərbağça” isə bu raundda “Ümraniyespor”la üz-üzə gələcək.
“Kayserispor” – “Akhisarspor”
“Boluspor” – “Qalatasaray”
“Ümraniyespor” – “Fənərbağça”
“Yeni Malatyaspor” – “Bodrumspor”
“Başakşehir” – “Hatayspor”
“Trabzonspor” – “Balıkesirspor”
“Alanyaspor” – “Kasımpaşa”
“Antalyaspor” – “Göztepe”
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2019-cu il 15 – 17 yanvarda, cavab qarşılaşmaları isə 22 – 24 yanvarda baş tutacaq.
