Azərbaycan millisinin üzvü “Zenit”də
08.07.2020 , 18:07

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Jalə Məhsimova karyerasını Rusiyada davam etdirəcək.
Korner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Zenit” klubuna keçib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məhsimova bundan əvvəl Rusiyada “Torpedo”, Azərbaycanda isə “Sumqayıt”, “Səbail” və “Uğur” klublarında çıxış edib.
