Azərbaycan millisinin üzvü zədəsini sağaltdı
05.04.2019 , 13:59

Millinin və Almaniyanın “Proyssen” klubunun hücumçusu Rüfət Dadaşov zədəsini sağaldıb.
Bunu III Bundesliqa klubunun baş məşqçisi Marko Antverpen deyib. Münster təmsilçisinin çalışdırıcısı Dadaşovun kollektivlə məşqlərdə iştirak etdiyini bildirib. 27 yaşlı forvardın bu gün “Mappen”lə oyunda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, 27 yaşlı forvard yığmanın heyətində zədələnmişdi.
