Azərbaycan millisinin üzvü Macarıstanda çempion oldu
18.04.2024 , 15:53
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.
Korner.az xəbər verir ki, blokçunun komandası “Vasas” finaldakı rəqibi “KNRC” klubunu hər üç oyunda məğlub edərək qızılın sahibi olub.
Ayşən bu il həm də Macarıstan kubokunun qalibi olub.
