Azərbaycan millisinin üzvü koronavirusa yoluxdu
06.10.2020 , 16:39

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Fərid Nəbiyev millinin toplanışında iştirak edə bilməyəcək.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən futbolçu bu gün Slovakiyada milli komandaya qoşulmalı idi.
Lakin klubun düşərgəsində Covid-19 testi verən futbolçunun testi pozitiv nəticələndiyi üçün Çexiyadan Slovakiyaya yollanmayıb.
Xatırladaq ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Nitra şəhərində Slovakiya, oktyabrın 13-də isə Qori şəhərində Gürcüstan yığması ilə qarşılaşacaq.
