Azərbaycan millisinin üzvü klubunu dəyişdi
20.01.2025 , 20:03

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev Ukraynada klubunu dəyişib.
Korner.az xəbər verir ki, 23 yaşlı futbolçu “Polessye”dən “Çernomorets”ə keçib.
O, yeni klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
“Çernomorets” Ukryna Premyer Liqasında 17 turdan sonra 12 xalla 15-ci pillədə yer alıb.
