Azərbaycan millisinin üzvü “20-lik”də
04.08.2020 , 18:50

Avropa Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov 2414 xalla 20-ci pillədə qərarlaşıb.
Siyahının ilk pilləsində Vinsent Luis (Fransa) qərarlaşıb. İlk “üçlüy”ü İspaniya idmançıları Mario Mola və Fernando Alarza tamamlayırlar.
