Azərbaycan millisinin rəqibləri məlum oldu
13.12.2024 , 15:55
Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilir.
Korner.az xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində təşkil olunub.
Püşkatmada Azərbaycan millisinin rəqiblərinin də adına aydınlıq gəlib.
Püşkə əsasən, Azərbaycan millisi 4 komandalı qrupa düşüb. D qrupunda millimizin rəqibləri Millətlər Liqasında Fransa – Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya komandaları olub.