Azərbaycan millisinin rəqibləri məlum oldu
28.07.2023 , 13:55

Belarusun paytaxtı Minskdə təşkil olunacaq 2-ci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri və görüşlərin təqvimi müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-19 yığmamız Rusiya, Belarus, Özbəkistan və Qırğızıstandan olan yaşıdları ilə qarşılaşacaq.
7 avqust, saat 20:30
Azərbaycan – Belarus
8 avqust, saat 17:30
Qırğızıstan – Azərbaycan
9 avqust, saat 17:30
Azərbaycan – Özbəkistan
11 avqust, saat 17:30
Rusiya – Azərbaycan
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
