Azərbaycan millisinin rəqibləri məlum oldu
19.09.2023 , 20:24

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin Avro-2025-in seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Korner.az xəbər verir ki, yığma C qrupunda Belçika, Litva və Polşa ilə mübarizə aparacaq.
Oyunlar noyabrda start götürəcək.
Turnirin final mərhələsi Çexiya, Almaniya, Yunanıstan və İtaliyada baş tutacaq.
