Azərbaycan millisinin pley-off mərhələsindəki rəqibi bilindi
19.07.2024 , 15:55

İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan milli komandasının rəqibi müəyyənləşib.
Korner.az xəbər verir ki, milli birinci pley-off mərhələsində B Liqasının qrup mərhələsinin ən yüksək reytinqli yığmalarından biri olan Portuqaliya ilə qarşılaşacaq. Komanda ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.
Azərbaycan – Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq. Azərbaycan – Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.
