Azərbaycan millisinin oyununda 2 qol
25.03.2023 , 23:45

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinada keçirən oyunda meydan sahibi komanda ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə Bosniya və Herseqovina komandasının xeyrinə başa çatıb.
Yığma ilk oyunda Qazaxıstanı məğlub etmişdi – 2:0.
Millimiz qrupda sonuncu oyununu martın 28-də Monteneqro komandasına qarşı keçirəcək.
