Azərbaycan millisinin oyunlarına təyinatlar açıqlandı
29.03.2023 , 16:22

Avropa çempionatının 2022/2023-cü illər mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Korner.az xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları 6-11 aprel tarixlərində Slovakiyada təşkil olunacaq. B Liqasının 5-ci qrupunda mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarında Kipr, Serbiya və Polşadan olan hakimlər idarəçilik edəcək.
Monteneqro – Azərbaycan
8 aprel. Saat 13:00. Qabçikovo stadionu
Baş hakim: İoanna Allayiotou (Kipr)
Baş hakimin köməkçiləri: Despoina Demosthenous (Kipr), Anna Vieczorek (Polşa)
Dördüncü hakim: Katarzyna Lisiecka-Sek (Polşa)
Azərbaycan – Slovakiya
11 aprel. Saat 13:00. Qabçikovo stadionu
Baş hakim: Marina Jivkoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenous (Kipr)
Dördüncü hakim: İoanna Allayiotou (Kipr)
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
