Azərbaycan millisinin oyunlarına hakim təyinatları
24.06.2024 , 11:42

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, B Liqasının 1-ci qrupu çərçivəsində iyulun 12-də Bakıda Macarıstanla olacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə komandası ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:
12 iyul
20:00. Azərbaycan – Macarıstan
Baş hakim: Jelena Pejkoviç
Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karşiç, Gordana Katuşiç
Dördüncü hakim: Jelena Kumer
(Hakimlər briqadası Xorvatiyadandır)
Liv Bona Dea Arena
16 iyul
21:00. İsveçrə – Azərbaycan
Baş hakim: Miriama Boçkova
Baş hakimin köməkçiləri: Miroslava Pastorekova, Aleksandra Varqova
Dördüncü hakim: Zuzana Valentova
(Hakimlər briqadası Slovakiyadandır)
Olimpik De La Pontez stadionu
Qeyd edək ki, son iki tur ərəfəsində Azərbaycan milli komandası 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədir.
