Azərbaycan millisinin növbəti rəqibi
15.05.2024 , 21:43

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.
Korner.az xəbər verir ki, U-21 iyunun 11-də Liv Bona Dea Arenada Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, U-21 millimiz iyunun 7-də, Bakı vaxtı ilə saat 20:30-da Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcək.
