Azərbaycan millisinin mövqeyi dəyişmədi
19.12.2024 , 13:30
Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi dəyişməyib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Dekabr ayının reytinqinə əsasən, yığma komanda 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Siyahıya dünya çempionu Argentina (1867,25) başçılıq edir. Fransa (1859,78) ikinci, İspaniya (1853,27) üçüncüdür.